Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin vaxtı məlum oldu


Digərləri 19 Apr 2019 10:20:40 188 0

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin vaxtı məlum oldu

9 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 41 vakant vəzifə üzrə 73 yer müsahibəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev - 9 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 41 vakant vəzifə üzrə 73 yer müsahibəyə çıxarılıb. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 360 namizədlə 505 müsahibənin keçirilməsi nəzərdə tutulur. Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi, İnzibati-təsərrüfat sektorunda aparıcı məsləhətçi – proqramçı (1 vakant yer üzrə 95 namizəd) və Gəncə Şəhəri üzrə Maliyyə İdarəsi, Xəzinə əməliyyatları sektorunda məsləhətçi - proqramçı-mühəndis (1 vakant yer üzrə 32 namizəd), Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi - kompyuter proqramçısı (1 vakant yer üzrə 27 namizəd) vəzifələri üzrə qeydə alınıb.