Bakının Baş planı nə vaxt hazır olacaq?


Digərləri 19 Apr 2019 09:04:00 290 0

Bakının Baş planı nə vaxt hazır olacaq?

"Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanmasının ikinci mərhələsinə bu ilin mayında başlayacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud deyib.

O qeyd edib ki, bu proses növbəti 18 ayı əhatə edəcək:

"Biz bu müddət ərzində şəhərin Baş planını tam hazırlamağı nəzərdə tutmuşuq ki, paytaxtın inkişaf konsepsiyası çərçivəsində müəyyən olunan tapşırıqların reallaşdırılmasına başlayaq".