Malinin baş naziri və hökuməti istefa verdi


Dünya 19 Apr 2019 09:09:00 303 0

Malinin baş naziri və hökuməti istefa verdi

Malinin prezidenti İbrahim Bubakar Keyta ölkənin baş naziri Sumeylu Bubey Maiqanın və onun hökumətinin istefasının qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sumeylu Bubey Maiqa prezidentə ünvanladığı 18 aprel 2019-cu il tarixli məktubda özünün və hökumətinin üzvlərinin istefası barədə bəyanatı konstitusiyanın 38-ci maddəsinə uyğul olaraq təqdim edib.

Maddə baş nazirin və onun hökumətinin istefasını prezident tərəfindən qəbul edildiyini və yeni baş nazirin təyin olunmasını nəzərdə tutur.