Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib


Digərləri 19 Apr 2019 09:07:00 235 0

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib.

Bakı. Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib. Bu Qayda tabeliyindən, mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrinə şamil edilir. Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid peşə təhsili pilləsinin bir səviyyəsində təhsili bitirməklə növbəti səviyyəsinə keçid deməkdir. Peşə təhsili pilləsində keçid bir peşə təhsili müəssisəsi daxilində və ya tələbələrin bir peşə təhsili müəssisəsindən digər peşə təhsili müəssisəsinə keçməsi vasitəsilə həyata keçirilir. Peşə təhsili səviyyələri üzrə keçid tələbələrin qəbul olunduqları təhsil bazasına (ümumi orta və ya tam orta təhsil bazası) müvafiq olaraq aparılır. Peşə təhsili pilləsində keçid dedikdə, aşağıdakı hallar nəzərdə tutulur: ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilindən etibarən təhsilinin davam etdirilməsi; tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki 3 peşə təhsili səviyyəsində birinci tədris ilinin ikinci yarımilindən etibarən təhsilinin davam etdirilməsi; ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində üçüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi; ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almış məzunlar yüksək texniki peşə təhsili səviyyəsində dördüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi; tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilində təhsilinin davam etdirilməsi. Peşə təhsili pilləsində keçid peşə təhsili üzrə ixtisasların peşə istiqamətlərinin uyğunluğu təmin edildikdə mümkündür. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsilini başa vurduğu ildən etibarən 2 (iki) il müddətində peşə təhsili pilləsində keçid edə bilərlər. Peşə təhsili müəssisələrinin məzunlarının peşə təhsili pilləsində keçidi yalnız peşə təhsili müəssisəsində vakant (boş) yerlər olduqda mümkündür. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsili pilləsində keçid üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd qəbulu sistemində (bundan sonra – elektron sistem) “Elektron ərizə”ni dolduraraq təsdiq etməlidirlər. Peşə təhsili pilləsində keçid üçün ixtisas seçimi elektron ərizə doldurulan zaman həyata keçirilir. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisaslar üzrə vakant yerləri müəyyənləşdirir və istədikləri ardıcıllıqla ixtisas seçimini edirlər. Peşə təhsili pilləsində keçid üçün müraciət etmiş şəxslər maksimum 5 (beş) ixtisas seçmək hüququna malikdirlər. Elektron ərizə qəbulu prosesi yekunlaşdıqdan sonra ərizəçilərin elektron sistem tərəfindən ixtisas seçimlərinin düzgün olubolmadığı müəyyən edilir. İmtina üçün əsas olmadıqda, məzunun peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilməsinə dair qərar qəbul edilir. Keçid üçün ərizələrin sayı vakant yerlərin sayından çox olduqda, müraciət edənlər arasında müsabiqə seçimi aparılır.