55 yaşlı kişi 11ci mərtəbədən yıxılaraq can verdi


Digərləri 19 Apr 2019 07:01:00 283 0

55 yaşlı kişi 11ci mərtəbədən yıxılaraq can verdi

Bakının Binəqədi  rayonunda axşam saatlarında bədbəxt hadisə baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Adil Məmmədov 55 ünvanında qeydə alınıb.

1952-ci il təvəllüdlü Abdullayev Faiq binanın 11-ci mərtəbəsində, yaşadığı mənzilin pəncərəsindən yerə yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib. İlkin ehtimallara görə,ölən şəxs sərxoş olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.