“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir (FOTO)


Digərləri 19 Apr 2019 04:42:42 230 0

“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir (FOTO)

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsi davam edir.

Bakı. “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsi davam edir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. “İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir. Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub. “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələn idman çempionatıdır. Layihədə Futbol, Voleybol, Peyntbol, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Yüngül atletika idman növləri üzrə 1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları keçirilir. Futbol, Voleybol, Peyntboll, Velosiped, Atletika idman növü üzrə yarışlar artıq start götürüb.