İlahiyyat İnstitutu Ağcabədidə abturiyentlərlə görüş təşkil edib (FOTO)


Digərləri 19 Apr 2019 00:38:34 277 0

İlahiyyat İnstitutu Ağcabədidə abturiyentlərlə görüş təşkil edib (FOTO)

İlahiyyat İnstitutu orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Ağcabədi rayonuna olub. İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ kollektivi öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib. Ağcabədi Bayraq Muzeyində təşkil olunan görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq, Ulu Öndərin təhsil siyasəti uğurla davam etdirilir. Bildirib ki, hazırda təhsilimiz ayrı-ayrı sahələr üzrə deyil, bütövlükdə kompleks şəkildə inkişaf edir. Sonra Aİİ rektoru Ceyhun Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi təhsil sisteminin inkişafı, uğurlu nəticələrin qazanılmasıdır. Bildirib ki, respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğı ölkəmizin gələcəyi hesab olunan bugünkü gənclərin sağlamruhlu, dövlətçiliyimizə sədaqətli, vətənpərvər şəxsiyyətlər kimi formalaşacağına böyük ümidlər yaradır.