Günün qoroskopu:Tələsməyin


Digərləri 19 Apr 2019 00:01:00 220 0

Günün qoroskopu:Tələsməyin

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - səfər, səyahət və ya ezamiyyətdə olanları uğur gözləyir. İşgüzar ünsiyyət çevrəsini genişləndirə bilərsiniz. Təmaslarda səmimilik, nikbinlik qarşı tərəfin rəğbətini qazanmağa yardım edəcək.

Maliyyə problemlərini həll edərkən sayıq olun, aldanmayın.

Şəxsi münasibətlər müstəvisində situasiya sakit deyil. Xoşagəlməz vəziyyət yarana bilər. Münaqişə və ya qarşıdurma riski var.

Daha fəal olun. Yaxınlarınıza yardım edin. Məhz bu gün sizdən kömək uman insanları incitməyin.

Axşam saatlarında istirahət edin.

Buğa - nüfuzlu insanlardan biri ilə təmasları aktivləşdirmək və gördüyünüz işə diqqəti cəlb etmək üçün əlverişli vaxtdır. Dəvət aldığınız tədbirlərə qatılın.

Bacarıq, bilik və imkanlarınızı nümayiş etdirin.

Günün ikinci yarısında bir qədər fəal olun.

Şansınızı qaçırmayın.

Darıxdırıcı, yeknəsək iş sizi tez usandıra bilər. Vaxtınızın qədrini bilin, məntiqsiz diskussiyalara və mənasız mübahisələrə qatılmayın.

Alış-veriş üçün əlverişli vaxtdır.

Əkizlər - maraqlarınızın təminatı üçün gərəkli bildiyiniz addımları atın. Astagəl və süst olsanız, önəmli məqamlardan biri diqqətinizdən yayınacaq. Başladığınız işin mühüm ünsürünü ön plana çəkin. Böyük ümidlərinizin olduğu istiqamətdə hadisələrin cərəyan istiqamətinə fikir verin.

Günün ikinci yarısında kimsə yaşamınızda dəyişiklik etməyə çalışacaq. Uğursuzluq siqnallarını sezin. İlk baxışdan çox qəribə və absurd təsir bağışlayan məlumatlardan belə, yararlanmağa çalışın.

Sizi maraqlandıran situasiyanı çözmək üçün əlverişli variant formalaşır.

Şəxsi münasibətlər üçün yaxşı zamandır. Təşəbbüskar olun. Olaylara təsir imkanlarına maliksiniz.  

Xərçəng - bərabər variantlar arasında münasibini seçin, onu reallaşdırmaq üçün gərəkli addımlar atın. Hadisələrin intensivliyi artır, görüləsi işlər çoxalır. Səhhətinizə fikir verin. İnfeksiya riski var. Yorğunluq və fiziki işlər əhvalınızı korlaya bilər.

Günün ikinci yarısında kimsəyə imkan verməyin ki, işlərinizə qarışsınlar. Yaşamın şərtləri güzəşti istisna edir. Problemləri təxminləmək və onların həll variantlarını preventiv hazırlamaq üçün sayıq olun. Daxili gərginlik sizdə aqressiya yaratmamalıdır.

Axşam saatlarınıda özünüzə əlavə çətinliklər yaratmayın.

Şir - çətin, qarışıq, amma çoxdan reallaşdırmaq istədiyiniz işlərdə irəliləyişlər vəd edən zamandır. Məişət qayğılarının həllinə başlayaraq tapşırılan işləri və göstərişləri unutmayın. Hansısa istiqamətdə proseslər uğurlu gedərsə, sakitləşməyin, rahatlaşmayın. Prosesi təkrarlamaq üçün əsas işdən yayınaraq maliyyə xərclərini artırmayın.

Günün ikinci yarısında birmənalı olmayan, amma maraqlı situasiya yaranacaq. Detallarla təfərrüatları dəqiqləşdirin. Zərurət yaranarsa, mütəxəssislərlə məsləhətləşin. Bütün problemlərə və maneələrə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.

Nikbin olun. Olaylara süni təkan verməyin.

Qız - ünsiyyət və əməkdaşlıq üçün mürkkəb zamandır. Mürəkkəb suallara cavab aramağın yolu qarşılıqlı güzəştlərdən keçir. Yaxın ətrafınızdakı insanların hər biri öz işi ilə məşğuldur. İlkin təəssüratlara aldanmayın.

Günün ikinci yarısında əhəmiyyətli dönüş zamanıdır. Tələsik qərar verməyin. Konkret situasiyada məsuliyyət hiss edirsinizsə, sayıq davranın.

Dəyər verdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Axşam saatları əsəbləriniz tarıma çəkilə bilər.