Ağcaqanad sancmasından QİÇSə yoluxmaq olar?–


Digərləri 18 Apr 2019 23:50:00 260 0

Ağcaqanad sancmasından QİÇSə yoluxmaq olar?–

Hər 10 rusiyalıdan 5-i hesab edir ki, ağcaqanad dişləməsi ilə QİÇS-ə yoluxmaq mümkündür.  Ona görə insanlar yayda maksimum ağcaqanadlardan qorunmağa çalışır.

Son.az medicina.az-a istinadən bildirir ki, insanlar arasında QİÇS-lə bağlı düzgün maariflənmə işləri aparılmadığından onlar hətta QİÇS-li xəstə ilə üz-üzə yemək yedikdə belə yoluxacağından ehtiyat edir.

Halbuki QİÇS-in ən çox yoluxduğu metod qorunmasız cinsi əlaqədir. Hələ də insanlar prezervativsiz əlaqədən narahat deyil, ona görə hər il QİÇS-ə yoluxanların statistikası artır. Ekspertlər bildirir ki, QİÇS hava, əşya, qida, su ilə keçmir.