Azərbaycan nefti bahalaşır


Digərləri 18 Apr 2019 23:33:00 208 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 74,41 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,63 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,68 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.