Abdullah ibn Səba kim olub?


Digərləri 18 Apr 2019 22:35:00 253 0

Abdullah ibn Səba kim olub?

Bəzi qərəzli iddialara görə, guya Abdullah ibn Səba şiə məzhəbini yaratmış şəxsdir. Onun barəsində məlumatlar çox ziddiyyətlidir. Bəzi kitablarda qeyd edilir ki, Osmanın qətli, Cəməl savaşı Abdullah ibn Səbanın səyləri nəticəsində baş vermişdir. Hətta guya Abdullah Cəməl savaşından əvvəl tərəflərin sülhə razı olduğunu görüb qorxuya düşür ki, onlar birləşib Osmanın əsl qatillərini ələ keçirərlər (Abdullah özü də camaatı Osmanın əleyhinə qızışdırırmış). Buna görə də onun tapşırığı ilə tərəfdarları hər iki cəbhənin sıralarına soxulub təxribat yaradır və qarşı tərəfə ox atmaqla döyüş alovunu qızışdırırlar.

Son.az islam.az-a istinadən bildirir ki, İmam Əlinin (ə) xilafəti dövründə Abdullah ibn Səba guya o həzrəti tanrı, özünü isə peyğəmbər elan edir. Tövbə etmədiyinə görə İmam Əlinin (ə) əmri ilə dərin bir quyu qazıyıb içində tonqal qalayır, Abdullahla tərəfdarlarını quyuya atıb yandırırlar. Əslində isə bütün bu rəvayətlər həqiqətdən uzaqdır.