Qoz qabıqlarını atmayın! Onların bilmədiyiniz faydaları


Digərləri 18 Apr 2019 21:20:00 285 0

Qoz qabıqlarını atmayın! Onların bilmədiyiniz faydaları

Qozun insan sağlamlığına təsirlərini saymaqla bitməz. Yüz illərdir xəstəliklərin müalicəsində və dərman hazırlanmasında istifadə edilən qoz tam bir vitamin anbarıdır.

Tərkibində protein, lif, Omega 3, Omega 6 yağ turşuları olmaqla yanaşı, qozun qabığı da  kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selen, manqan, yod mineralları və A, B1, B2, B6, C vitaminləri ilə zəngindir.  Bu da ondan bir kosmetik məhsul kimi istifadə edilməsinə zəmin yaradıb.

Son.az exobaku.com-a istinadən sizə qoz qabığının faydalarından bəhs edir:

1. Qozun qurudulmuş qabığından dəmlənmiş çay soyuqdəymə və öskürəyə yaxşı təsir göstərir.

2. Bağırsaq qurdlarının müalicəsi üçün də eyni qarışığı (quru və ya təzə qoz qabığı) gündə iki fincan içmək tövsiyyə edilir.

3. Qoz qabığından hazırlanmış çay sinir sistemini sakitləşdirir.