2 il əvvəlki hadisəyə görə Castin Biberi məhkəməyə verdi


Digərləri 18 Apr 2019 20:49:00 229 0

2 il əvvəlki hadisəyə görə Castin Biberi məhkəməyə verdi

2017-ci ildə müğənni Castin Biber beverli-Hilsdən "Dodge" markalı avtomobili ilə qayıdarkən başına iş gəlmişdi. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi maşını sürüb getmək istəyəndə qəfildən paparassilərdən biri olan Uilyam Uilsonu vurub.  Dərhal maşından düşüb fotoqrafa yaxınlaşan Castin ona kömək etməyə çalışıb. Həmin vaxt Uilyam xəstəxanadan video yayımlayaraq Biberin heç bir günahı olmadığını vurğulayıb, onu yaxşı oğlan adlandırmışdı.  Polis də Biberi sərbəst buraxmışdı. İndi isə Uilson müğənninin məhkəməyə verib. O bildirib ki, həmin qəzada travma alıb, səhhətində ciddi problem yaranıb. İllərdir bunun əziyyətini çəkdiyini deyən, fotoqraf haqqını sona kimi lacağını bəyan edib.