Sahil Babayev İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb (FOTO)


Digərləri 18 Apr 2019 20:43:00 204 0

Sahil Babayev İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İranın sənaye, mədən və ticarət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla İran arasında qədim tarixi olan əlaqələrin inkişaf edərək genişləndiyini vurğulayıb. Nazir Azərbaycan Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib, əldə olunan iqtisadi uğurların əhalinin rifah halının yaxşılaşdırlmasına xidmət etdiyini, bu sahədə ardıcıl olaraq mühüm addımların atıldığını diqqətə çatdırıb. S.Babayev ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, tibbi və sosial reabilitasiya imkanlarının artırılması, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi istiqamətində görülən işlər, əmək, məşğulluq, sosial müdafiə sistemlərində aparılan islahatlar barədə məlumat verib. O, dövlət sosial xidmətlərinin vahid platformadan, bir pəncərə prinsipi ilə təqdim olunması üçün icra olunan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsindən bəhs edib.