Şəhidlər ölməz Bu gün şəhid Elşad Ağayevin doğum günüdür


Digərləri 18 Apr 2019 19:42:00 301 0

Şəhidlər ölməz  Bu gün şəhid Elşad Ağayevin doğum günüdür

Bu gün Azərbaycan Bayrağı ordenli şəhid Elşad Ağayevin doğum günüdür. 

Elşad Aşur oğlu Ağayev 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına qoşulub. Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub. 

Prezidentin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə "Dövlət bayrağı" ordeni ilə təltif olunub. Bir neçə ildən sonra ümummilli lider Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim edib.