Ukraynada azərbaycanlı mühakimə olundu


Kriminal 18 Apr 2019 19:34:00 214 0

Ukraynada azərbaycanlı mühakimə olundu

Ukrayanada tanınmış xarkovlu vəkil Viktor Loykonu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşına hökm oxunub.

Son.az Oxu.az-a isatinadən xəbər verir ki, bu barədə "Politeka" portalı məlumat yayıb.

Cinayət 14 mart 2016-cı il törədilib. İki şəxs əlbir olaraq vəkili soymaq və qətlə yetirmək qərarına gəlib. Cinayətkarlardan biri qurbanla tanış olub və dəfələrlə evində qonaq olub.

Məkrli planı həyata keçirməkdən ötrü onlar qurbanın mənzilinin qarşısında bir araya gəliblər. Maneəsiz şəkildə vəkilin evinə daxil olublar; vəkil özü giriş qapısını açaraq, onları içəri buraxıb. Söhbət əsnasında vəkilin tanışı onun boğazından yapışaraq boğmağa başlayıb. Mühakimə olunan şəxs isə müqavimət göstərməməsi üçün qurbanın əllərini tutub.