Əməkdar artist xalq artisti Səməd Səmədovu “yıxıbsürüdü”


Şou-biznes 18 Apr 2019 19:24:00 310 0

Əməkdar artist xalq artisti Səməd Səmədovu “yıxıbsürüdü”

ARB TV-nin "Show news" verilişinin bu dəfəki müsahibi əməkdar artist Şölə Səfərəliyeva olub.

Son.az bildirir ki, əməkdar artist,  xalq artisti Səməd Səmədovu qınayıb:

"Düşünürəm ki, xalq artistinin "qalmaqalnan gündəmə gəldim və bu vasitəylə məni dünyada tanındım" deməsi düzgün deyil. Sənə xalq bu adı veribsə, deməli sən bu xalqın sevgisini qazanmısan ki, bu adı almısan. Deməli elə çıxır ki, bu yalan imiş. Mən əməkdar artist adını daşıyan bir insan kimi, 24 illik profisianal səhnə stajı olan biri kimi, kiməsə nəsə deməyə haqqım çatır. Biri var böyük profisianal səhnə, biri də var ki, hər hansı şadlıq sarayının səhnəsi və sən orada kralsan. Mən belə krallığı profisional səhnə üçün qəbul etmirəm. Şölə Səfərəliyeva toylar kraliçası olmaq istəmir". Qeyd edək ki, ötən həftə "Show news"a açıqlama verən xalq artisti Səməd Səmədov qalmaqalın vacibliyində və bu vasitəsilə bütün dünyanın onu tanınmasından danışmışdı.


Xəbərə aid foto