Türkiyə səfiri Şərqşünaslıq İnstitutunda olub (FOTO)


Digərləri 18 Apr 2019 18:50:00 296 0

Türkiyə səfiri Şərqşünaslıq İnstitutunda olub (FOTO)

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Bakı. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İnstitutdan Trend-ə verilən məlumata görə, səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrindən söz açaraq, qədim tarixə malik xalqlarımızın həmişə bir-birinə dəstək olduğunu qeyd edib. Azərbaycan və Türkiyə arasındakı elmi, mədəni əlaqələrdən danışan G.Baxşəliyeva bu sahədə Şərqşünaslıq İnstitutunda çalışan türkoloq alimlərin də mühüm rolunun olduğunu bildirib. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda Türkiyə tarixi, iqtisadiyyatı, türk dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb.