XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub (FOTO)


Digərləri 18 Apr 2019 18:42:00 247 0

XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub (FOTO)

Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının komanda idman növləri üzrə yarışlarının qrupları müəyyənləşib.

Bakı. Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının komanda idman növləri üzrə yarışlarının qrupları müəyyənləşib. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, Avropa Gənclər Olimpiya Festivalında üç komanda idman növü üzrə yarışlar keçiriləcək. Bunlar: voleybol, basketbol və həndboldur. Voleybol və basketbol yarışları üçün qrupların tərkibi ölkələrin müvafiq yaş qrupları üzrə yarışlarda göstərilən nəticələr əsasında əldə olunan reytinqlə müəyyən olunub. Buna görə də, püşkatma yalnız həndbol yarışı üçün Avropa Həndbol Federasiyasının Vyana qərargahında keçirilmişdir. "Bakı-2019"-da bütün üç komanda idman növləri üzrə yarışlar ümumilikdə səkkiz komanda arasında keçiriləcək. Oğlanlar arasında voleybol yarışlarında, A qrupunda Azərbaycan milli komandası ilə bərabər, Almaniya, Rusiya, Belarus milli komandaları qələbə üçün mübarizə aparacaq. B qrupunda isə bu mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika milli komandaları arasında baş tutacaq. Voleybol üzrə qızların mübarizəsində isə A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya milli komandaları yer alıb.