Mingəçevirdə 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı


Digərləri 18 Apr 2019 17:57:00 216 0

Mingəçevirdə 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Mingəçevir şəhərində vətəndaşa məxsus 50-CF-974 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.

AQTA-dan Son.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerindəki soyuducu kamerada baytarlıq ekspertizasından keçmiş iribuynuzlu heyvan cəmdəyindən əlavə 400 kq müayinədən keçməmiş istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.

Aşkarlanmış heyvan cəmdəyinin orqonoleptik göstəricilərinə görə aqoniya halında kəsildiyi, qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən olunub. Heyvan cəmdəklərindən nümunələr götürülərək müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.


Xəbərə aid fotolar