"Diqlas"dakı malların çıxarılması başa çatdırılıb


Digərləri 18 Apr 2019 17:33:00 430 0

"Diqlas"dakı malların çıxarılması başa çatdırılıb

Ticarət mərkəzindən çıxarılması başa çatdırılıb və 345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb.

Bakı. Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmış sahibkarların mallarının ticarət mərkəzindən çıxarılması başa çatdırılıb və 345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilib, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilib. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunublar. Bununla yanaşı, zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İndiyədək 373 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 302 zərər çəkmiş sahibkarın bank hesabına 1 836 min manat məbləğində maddi yardım köçürülüb.