Mingəçevirdə daha 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı (FOTO)


Digərləri 18 Apr 2019 17:35:00 170 0

Mingəçevirdə daha 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Mingəçevir şəhərində vətəndaşa məxsus 50-CF-974 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.

Bakı. Samir Əli - Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Mingəçevir şəhərində vətəndaşa məxsus 50-CF-974 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib. AQTA-dan Trend-də verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerindəki soyuducu kamerada baytarlıq ekspertizasından keçmiş iribuynuzlu heyvan cəmdəyindən əlavə 400 kq müayinədən keçməmiş istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.