“Taxt oyunları”na 24 saatda 54 milyon adam baxdı


Digərləri 18 Apr 2019 17:24:00 292 0

“Taxt oyunları”na 24 saatda 54 milyon adam baxdı

"Taxt oyunları"nın səkkizinci mövsümünün premyerası ekran işinin indiyədək ən çox izlənilən bölümü olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə dijital pirat analitik şirkəti - "Muso" bildirib ki, serial 24 saat içərisində 54 milyon dəfə izlənilib.

"Muso"nun məlumatına görə, ekran işinin ilk yeddi mövsümü bu ay ən çox izlənilən 25 proqram arasındadır. Buna səbəb isə indiyədək baxmayanların, səkkizinci mövsümün premyerasınadək serialın normal axışına çatmaq istəyidir.