Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb


Digərləri 18 Apr 2019 17:25:51 253 0

Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Bakı. Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Dəyişikliyə əsasən qanunda 71.2-ci maddə aşağıdakı redaksiyada verilir: “71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.”; 1.2. aşağıdakı məzmunda 73.10-cu maddə əlavə edilsin: “73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”. Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin