Paşinyanın diasporla savaşı başlayır


Digərləri 18 Apr 2019 17:14:00 263 0

Paşinyanın diasporla savaşı başlayır

Ermənistan parlamenti birinci oxunuşda hökumət strukturunun dəyişdirilməsinin lehinə səs verib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, səsvermədə ümumilikdə 111 deputat iştirak edib. Onlardan 71-i qanun layihəsinin lehinə, 40-ı isə əleyhinə səs verib. Layihənin əleyhinə səs verənlər Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyalarının deputatları olub.

Qeyd edək ki, yeni qanuna əsasən, Ermənistanda nazirliklərin sayı 17-dən 12-yə endirilib - kənd təsərrüfatı, energetika, mədəniyyət, nəqliyyat, diaspor nazirlikləri ləğv edilib.