"Bundan sonra Tanrıya necə inanmamaq olar?"


Digərləri 18 Apr 2019 17:09:00 243 0

"Bundan sonra Tanrıya necə inanmamaq olar?"

"Twitter" istifadəçisi Keyli Kreyn yazdığı "tweet"lə sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, o, Parisin Notr-Dam kilsəsində baş verən yanğın zamanı səcdəgah və əsas xaça heç bir ziyanın dəyməməsinin Tanrının varlığını sübuta yetirdiyini yazıb.

"...Zəhmət olmasa, mənə izah edin, bundan sonra Tanrıya necə inanmamaq olar", - deyə kilsənin yanğından sonrakı şəklini bu yazı ilə şərh edib.

Onun bu yazısı ən populyar "tweet"lərdən birinə çevrilərək 70 min "like" və repost toplayıb.


Xəbərə aid foto