Aprelin 24-dən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq


Digərləri 18 Apr 2019 17:02:00 285 0

Aprelin 24-dən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.

Bakı. Elçin Mehdiyev – 26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq. Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bu gün keçirilən tədbirdə deyib.