Prezident İlham Əliyev: "Azərbaycan istənilən sahədə iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir"


Siyasət 18 Apr 2019 16:32:00 218 0

Prezident İlham Əliyev: "Azərbaycan istənilən sahədə  iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir"

Bu gün Azərbaycan istənilən sahədə - iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən sakinlərlə söhbət zamanı deyib.

Dövlət başçısı bildirib: "Mən də çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Ölkəmizin uğurlu inkişafı bundan sonra da təmin ediləcək. Siz də qeyd etdiyiniz kimi, Azərbaycan xalqı sabitlik şəraitində yaşayır. Əmin-amanlıq, sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz indi dünyada baş verən hadisələri görürük, izləyirik. Harada ki, sabitlik pozulur, orada böyük faciələr baş verir. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan vətəndaşlarıdır, onların fədakarlığıdır, onların bizə göstərdiyi dəstəkdir. Biz bu dəstəyə arxalanaraq böyük işlər görürük. Nəinki mərkəzdə, qəsəbələrdə də yollar çəkilir, qazlaşdırma gedir, su xətləri çəkilir, belə gözəl parklar salınır".