Bakıda balıq tutmağa gedən 57 yaşlı kişi itkin düşdü


Digərləri 18 Apr 2019 16:39:00 220 0

Bakıda balıq tutmağa gedən 57 yaşlı kişi itkin düşdü

Bakıda balıq tutmağa gedən kişi itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 54, mənzil 35-də yaşayan,1952-ci il təvəllüdlü Ələkbərov Tofiq Əhməd oğlu aprelin 16-da yaşadığı evdən balıq tutmağa getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.