“Aman Allah, mən sizi sevirəm, uşaqlar” - Keyn


İdman 18 Apr 2019 16:28:00 257 0

“Aman Allah, mən sizi sevirəm, uşaqlar” - Keyn

Tottenham-in hücumçusu Harri Keyn Çempionlar Liqasının 1/4 finalında Manchester City ilə keçirilən cavab qarşılaşmasında iştirak etməyib.

Goal.az xəbər verir ki, zədəli olan Keyn oyunu televizordan izləyib. O, emosiyalarına hakim ola bilməyib, komanda yoldaşlarına soail şəbəkə vasitəsilə dəstək verib.

Keyn "tvitter”də oyuna baxdığını göstərən video paylaşıb və belə yazıb: "Aman Allah, mən sizi sevirəm, uşaqlar”.

Keyn 1/4 finalın ilk qarşılaşmasında zədələnib və mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Tottenham 2 oyunun nəticəsinə görə (1:0, 3:4) yarımfinala adlayıb.