Qazıntı zamanı Bakıda qədimi hamam tapılıb?


Digərləri 18 Apr 2019 16:14:00 240 0

Qazıntı zamanı Bakıda qədimi hamam tapılıb?

Bakıdakı "Təzəpir" məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqlarının ortaya çıxması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.az-a açıqlama verib.

O, qazıntı işləri zamanı hamamın aşkar edildiyini təsdiqləyib.