Qarabağ şüarlarına görə İranda azərbaycanlı gənci bu günə saldılar


Dünya 18 Apr 2019 16:09:00 246 0

Qarabağ şüarlarına görə İranda azərbaycanlı gənci bu günə saldılar

İranda rejimin asayiş keşikçiləri Ermənistan bayrağını yandırdığı üçün azərbaycanlı gənci küçənin ortasında şallaqlayıblar.

Son.az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin fevral ayında Tehrana səfəri zamanı yerli erməni icması ilə görüşüb. Orada ""Artsax"-Ermənistandır, vəssalam" sözləri yazılmış plakatın önündə şelfi çəkib. Buna cavab olaraq Təbrizin "Traxtur" futbol komandasının oyunu zamanı on minlərlə azərbaycanlı stadiona yığışıb, "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndirib. Habelə Azərbaycan bayrağı qaldırıblar və Ermənistan bayrağını yandırıblar.


Xəbərə aid fotolar