Başqa kişilərə satdığı əmisi qızını zorlayıb vəhşicəsinə öldürüb


Digərləri 18 Apr 2019 15:44:00 254 0

Başqa kişilərə satdığı əmisi qızını zorlayıb vəhşicəsinə öldürüb

Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda qətl törətməkdə təqsirləndirilən İlkin Çıqqarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabr ayında Ucar rayonunda qeydə alınıb. Ucar rayon polis şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Ekspertiza rəyinə görə, Gülnar Həsimovanın boyun-boğaz və sol qolunda bıçaqla yetirilmiş ağır xəsarətlər aşkar olunub.


Xəbərə aid foto