Dostunun xalasına görə qanlı davaya girişdi:


Kriminal 18 Apr 2019 15:24:00 252 0

Dostunun xalasına görə qanlı davaya girişdi:

Quba rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Rəşad Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rəşad Hacıyev ötən il fevralın 18-də həmyerlisi Orxan Süleymanovu Qudyalçayın üzərindəki "Damba" adlanan Hidrotexniki su qovşağının yaxınlığında bıçaqlayaraq öldürmək istəyib.

"Elvinin xalası əxlaqsızdır"

Məlum olub ki, Rəşad Hacıyev Orxan Süleymanovu qısasçılıq zəminində öldürmək qərarına gəlib. Hadisədən əvvəl Orxan Rəşadın yanında sonuncunun dostu Elvin Əkbərovun xalasının əxlaqsız olduğunu, kişilərlə gəzdiyini deyib.

Buna görə onların arasında mübahisə yaranıb. Bir gün sonra Rəşad dostu Elvinlə birlikdə rayonun mərkəzindəki "Panorama" çay evinə gəliblər.

Bu münasibətləri aydınlaşdırmaq üçün Orxanı çay kənarına aparıblar. Mübahisə zamanı Rəşad bıçaqla Orxana bir neçə zərbə endirib. Həmin vaxt Orxan ona qarşılıq verib və əl-qol atmaqla oradan kənarlaşıb.

Xəstəxanaya çatdırılan Orxana tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Rəşad Hacıyev həbs edilib.

İstintaq orqanı Rəşad Hacıyev barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edib.

"Aramızda sözlə mübahisə düşsə də..."

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Hacıyev özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib.

O bildirib ki, Orxan Süleymanovla əvvəllər yaxın dostluq münasibəti olub: "Təxminən iki-üç il əvvəl bir dəfə Orxanla söhbət zamanı mənə dostu Elvin Əkbərovun xalası haqqında "gəzəyəndi" sözünü demişdi.

Həmin vaxt Orxanın Elvinin xalası haqqında nalayiq ifadələrə görə aramızda sözlə mübahisə düşsə də, söhbət bununla yekunlaşdı".

Rəşad Hacıyev qeyd edib ki, fevralın 17-də, axşam saat 23 radələrində Elvinlə onun işlətdiyi "NZS" çay evində söhbət edərkən Orxan barədə söhbət düşüb: "Elvinə Orxanın heç də yaxşı oğlan olmadığını dedim. Elvin nə problem olduğunu soruşdu. Orxanın onun xalası haqqında xoşagəlməz ifadə işlətdiyini bildirdim.

Elvin Orxanla söhbət edəcəyini dedi. Mən Orxanla təklikdə deyil, mənimlə bir yerdə söhbət eləməsini xahiş etdim".

"Yadına gəlir, Samirin çayçısında elədiyin söhbət?"

Rəşad Hacıyevin sözlərinə görə, səhəri gün Elvinlə birlikdə Orxanla söhbət edəcəklərini planlaşdırıblar: "Həmin gün o, saat 14 radələrində Orxanla təklikdə söhbət etdi və mənə zəng vuraraq görüşmək istədiyini söylədi. Elvinin Orxanla görüş təyin etməsindən məlumatsız olmuşam. Bu səbəbdən Elvinlə görüşüb, Orxanla söhbət edəcəklərini fikirləşdim. Lakin Elvinin avtomobilinə oturan zaman Orxanla artıq danışdığını, lakin Orxanın dediyi sözü boynuna almadığını söylədi.

Əvvəlcə biz Elvinin işlətdiyi çay evinə gəldik. 5-10 dəqiqə orada çay içdikdən sonra birlikdə Orxanın işlədiyi "Panorama" çay evinə getdik. Çay evinə daxil olarkən orada 3-4 nəfər müştəri, həmçinin Orxanın dostu Murad var idi.