Salah dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısında yer aldı


İdman 18 Apr 2019 12:27:00 253 0

Salah dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısında yer aldı

İngiltərənin "Time" jurnalı ənənəvi olaraq dünyanın 100 ən nüfuzlu şəxslərinin siyahısını dərc edib.

Goal.az xəbər verir ki, çoxsaylı siyasətçi, aktyor, ictimai xadim, musiqiçilərin yer aldığı siyahıda idmançılar da var.

Liverpool-un misirli futbolçusu Məhəmməd Salah, ABŞ-ın Los-Angeles Lakers komandasının basketbolçusu Lebron Ceyms, yaponiyalı tennisçi Naomi Osaka, ABŞ qolfçusu Tayger Vuds da "100-lük"dədir. 

Qadın idmançılardan isə Fransa Lyon-unda çıxış edən ABŞ futbolçusu Aleks Morqan və cənubi afrikalı atlet Kaster Semenyaya yer verilib.