Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb


Digərləri 18 Apr 2019 12:09:40 164 0

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

2019-cu ilin mart ayında təkrar bazarda mühərrik həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat təşkil edib, bu da keçən ilin göstəricisi ilə müqaisədə 11 faiz azdır.

Bakı. Xeyrəddin Nəsirzadə - 2019-cu ilin mart ayında təkrar bazarda mühərrik həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat təşkil edib ki, bu da keçən ilin göstəricisi ilə müqaisədə 11 faiz azdır. Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Azlitrajlı avtomobillərin (mühərrik həcmi 2 litrə qədər) orta qiyməti 14 870 manat təşkil edib ki, bu da keçən ayla müqayisədə 7,03 faiz çoxdur. Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərin isə qiyməti 7,78 faiz enib və 91 143 manat təşkil edib.