İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub (FOTO)


Digərləri 18 Apr 2019 12:14:00 247 0

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub (FOTO)

İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub.

Bakı. İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tamaşa İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanıb. Səhnə əsərinin hazırlanmasında İstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır tərəfindən mənəvi dəstək verilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış şairə Sona Vəliyeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, səfirliyin və konsulluğun əməkdaşları, ziyalılar, media nümayəndələri və digərləri iştirak ediblər. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. Baş rollarda Türkiyənin tanınmış aktyorlarından Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık iştirak edirlər.