Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib


Digərləri 18 Apr 2019 11:54:00 291 0

Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.