Yazıçılar Birliyinin üzvü kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək


Digərləri 18 Apr 2019 11:17:00 249 0

Yazıçılar Birliyinin üzvü kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək

Yazıçılar Birliyinin üzvü Afət Viləşsoy bu yaxınlarda çapdan çıxacaq "Mənim adım Vətəndi" kitabının təqdimatını Cocuq Mərcanlı və Füzulidə keçirmək niyyətindədir.

Bu barədə Son.az-a müəllifin özü məlumat verib.

"Düşündüm ki, "Mənim adım Vətəndi" kitabı ilk növbədə Vətənimizin yaralı yeri olan Qarabağda təqdim olunmalıdır. Qoy bu da mənim torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəmanların ruhuna bir tövhəm olsun. Bu, həmçinin düşmənlə üz-üzə dayanmış əsgərlərə və cəbhə bölgəsi sakinlərinə bir təşəkkür, düşmənlərə isə Vətəndən heç vaxt üz döndərməyəcəyimiz barədə  mesajıdır"- deyə Afət Viləşsoy bildirib.

Müəllifin sözlərinə görə, artıq kitab çap mərhələsindədir və aprelin sonu-mayın əvvəllərində oxucuların ixtiyarına veriləcəyi gözlənilir. Nəşrdə Afət Viləşsoyun "Ulduz" jurnalı və bir sıra digər nəşrlərdə işıq üzü görmüş vətənpərvərlik ruhlu hekayə və şeirləri toplanılıb.