Çempionlar Liqasında 1 oyunla 2 yeni rekord


İdman 18 Apr 2019 10:56:00 218 0

Çempionlar Liqasında 1 oyunla 2 yeni rekord

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İngiltərənin Manchester CityTottenham klubları arasında keçirilən cavab oyununda meydan sahibləri 4:3 hesabı ilə qalib gəlib.

Goal.az xəbər verir ki, bu oyun bir sıra rekordlarla yadda qalıb. Matçda ilk 4 qol 11-ci dəqiqəyə qədər vurulub ki, ÇL tarixində bu müddət ərzində belə məhsuldarlıq qeydə alınmamışdı.

21-ci dəqiqədə vurulan beşinci qol isə ÇL tarixində yeni rekorddur. Bundan əvvəlki rekord 2016-cı ildə baş tutmuş Borussia (Dortmund, Almaniya) – Legia (Polşa) matçında qeydə alınmışdı (24-cü dəqiqədə 3:2).

Xatırladaq ki, ilk oyunda minimal hesabla qalib gəlmiş Tottenham cavab matçında uduzsa da, səfərdə daha çox qol vurması sayəsində yarımfinala yüksəlib.