Milli Dram Teatrında “Almaz” tamaşası nümayiş olunacaq (FOTO)


Digərləri 18 Apr 2019 11:16:00 237 0

Milli Dram Teatrında “Almaz” tamaşası nümayiş olunacaq (FOTO)

Aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşası nümayiş olunacaq.

Bakı. Aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur. Yeni səhnə əsərinin müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.