Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb


Digərləri 18 Apr 2019 10:57:00 235 0

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb

Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn, artıq 3-cü dəfədir ki, həyata keçirilən  "Mühəndislər üçün Biznes təhsili" layihəsinin növbəti kursu başa çatıb. Tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, tələbələr, BP-nin məsul şəxsləri iştirak ediblər. Həmçinin, tədbirin mükafatlandırma mərasimindən əvvəl BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli regionda geopolitika mövzusunda təqdimat edib, BANM-ın 2018-ci il məzunu və hazırda Baker Hughes, a GE şirkətinin Azərbaycanda aparıcı sahə mühəndisi Emiliya Məmmədova isə tələbələrə master-klass keçib.

"Mühəndislər üçün Biznes təhsili" layihəsi mühəndis ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri üçün keçirilib və BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində, həm də menecment və biznes sahəsində geniş bilgilər verilib. Proqram məzunların müasir biznes mühitinə daha effektli inteqrə olunması üçün şərait yaradıb.

BANM-in rektoru Elmar Qasımov çıxışı zamanı qeyd edib ki, "Mühəndislər üçün biznes təhsili" layihəsinin həyata keçirilməsində əsas məqsəd gənc mühəndislərə ümumi biznes biliklərini, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarə edilməsi və bir sıra digər istiqamətdə biznes səriştə və biliklər haqqında modullar keçirilərək  savadlı, intellektual kadrlara sahib olmaqdır.