“VİSA İnternational” bu il keçiriləcək “Rəqəmsal Ticarət Qovşağı”nın konfransında iştirak edəcək (FOTO)


Digərləri 18 Apr 2019 09:46:00 198 0

“VİSA İnternational” bu il keçiriləcək “Rəqəmsal Ticarət Qovşağı”nın konfransında iştirak edəcək (FOTO)

“VİSA İnternational” bu il keçiriləcək “Rəqəmsal Ticarət Qovşağı”nın konfransında iştirak edəcək

Bakı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “VİSA İnternational” şirkətinin MDB və Cənub - Şərqi Avropa ölkələri üzrə rəhbəri Vira Platonova, MDB və Cənub – Şərqi Avropa ölkələri üzrə hökümətarası əlaqələr üzrə rəhbəri Yuliya Zaavalishyna və “VİSA İnternational” şirkətinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Nurlan Hacıyevi qəbul edib. Mərkəzdə Trend-ə verilən məlumata görə, V.Qasımlı xatırladıb ki, bu il yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan Maklnernini qəbul edib: “Görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulamışdı. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirmişdi. Bu qurumlardan biri də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir”.