Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən YENİLİKLƏR


Digərləri 18 Apr 2019 08:59:00 188 0

Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən YENİLİKLƏR

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində yeni istifadəyə verilmiş Nəqliyyat qovşağına rayonlara işləyən avtobuslar da yerləşdirilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

P.Məmmədova deyib ki, respublikanın rayon və şəhərlərinə işləyən avtobuslar artıq müvəqqəti dayanacaqlardan yeni Nəqliyyat qovşağına köçürülüb: "Yəni minik avtomobilləri, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilib".

BBAK rəsmisinin sözlərinə görə, aprelin 15-də istifadəyə verilən yeni qovşaqda sakinlərin rahatlığı məqsədilə fərdi avtomobillər üçün parkinq yerləri də ayrılıb ki, bölgələrdən və xaricdən gələn qonaqları rahat qarşılaya bilsinlər.