"Disney" şirkəti NotrDamın bərpası üçün $ 5 milyon ayırıb


Dünya 18 Apr 2019 08:46:00 239 0

"Disney" şirkəti NotrDamın bərpası üçün $ 5 milyon ayırıb

ABŞ-ın "The Walt Disney Company" media-konqlomeratı Fransanın paytaxtı Parisdə yanğın baş vermiş Notr Dam kilsəsinin bərpası üçün 5 milyon dollar vəsait ayırıb.

Son.az Trend-ə istinadən bildirir ki, "The Walt Disney Company" 1996-cı ildə Viktor Güqonun " Note-Damdan olan qozbel" əsəri əsasında cizgi filmi çəkib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.