Perunun sabiq prezidenti intihara cəhd nəticəsində ölüb
Dünya 18 Apr 2019 08:21:00 204 0
Perunun sabiq prezidenti Alan Qarsiya (1985-1990, 2006-2011) polislər tərəfindən korrupsiya haqqında iş üzrə saxlanılarkən özünə odlu silahdan atəş açıb.
Son.az Trend-ə istinadən bildirir ki, dərhal xəstəxanaya çatdırılan sabiq prezidentin həyatını xilas etmək mümkün olmayıb.
Daxili işlər naziri Karlos Moran qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanları A.Qarsiyanı saxlayarkən qanun çərçivəsində hərəkət ediblər: "Məhkəmənin qərarını yerinə yetirən polis əməkdaşları müvafiq protokol çərçivəsində fəaliyyət göstəriblər".
Mənbə: milli.az