Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən YENİLİKLƏR


Digərləri 18 Apr 2019 07:45:00 191 0

Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən YENİLİKLƏR

Nəqliyyat qovşağına rayonlara işləyən avtobuslar da yerləşdirilib.

Bakı. Ceyhun Ələkbərov - Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində yeni istifadəyə verilmiş Nəqliyyat qovşağına rayonlara işləyən avtobuslar da yerləşdirilib. Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib. P.Məmmədova deyib ki, respublikanın rayon və şəhərlərinə işləyən avtobuslar artıq müvəqqəti dayanacaqlardan yeni Nəqliyyat qovşağına köçürülüb: "Yəni minik avtomobilləri, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilib”.