Zərdab və Füzulidə bir neçə müəssisə istifadəyə verilib (FOTO)


Digərləri 18 Apr 2019 01:48:00 316 0

Zərdab və Füzulidə bir neçə müəssisə istifadəyə verilib (FOTO)

Zərdab və Füzulidə yeni tibb məntəqəsi, yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib, uşaq bağçası təmir edilib.

Bakı. Zərdab və Füzulidə yeni tibb məntəqəsi, yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib, uşaq bağçası təmir edilib. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində həyata keçirilib. Zərdabın Hüseynxanlı kəndində təmir edilmiş uşaq bağçası icmada 30-dan çox uşağı isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək. Gödəkqobu kəndində sakinlər yerli və regional hakimiyyət orqanları ilə birgə işləyərək köhnə tibb məntəqəsini əvəzləyən və icmanın səhiyyə ehtiyaclarını daha yaxşı ödəyə biləcək yeni tibb məntəqəsi inşa ediblər. Müayinə və gözləmə otaqlarından ibarət yeni məntəqə Gödəkqobu kəndinin 1700-dək sakininin gündəlik tibbi xidmətlərini yaxşılaşdıracaq.