Səhər yeməyi vitamin və proteinlərlə zəngin olmalıdır


Digərləri 17 Apr 2019 23:51:00 258 0

Səhər yeməyi vitamin və proteinlərlə zəngin olmalıdır

Səhər yeməyi günün ən vacib qidalarından hesab olunur. Onun qəbul edilməsi bədənə enerji verir, uzun müddət aclıqdan sonra düşən qan şəkərinin səviyyəsini yüksəldərək günə fəal və gümrah başlamağı təmin edir.

Son.az bildirir ki, AZƏRTAC həkim və diyetoloqlara istinadla xəbər verir ki, yuxudan oyanandan sonra bir saat ərzində mütləq səhər yeməyi qəbul edilməlidir, çünki gecə 10-12 saat ac qalan orqanizmin qidaya tələbatı artır.

Səhər açılan süfrə bol çeşidli qidalarla, tərkibi vitamin və proteinlərlə zəngin olmalıdır. Sabah yeməyi üçün bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yeməklər məsləhət görülür. Kərə yağı və zeytun da səhər yeməyi üçün faydalı ərzaqlardır. Səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhvali-ruhiyyənin yüksəlməsinə səbəb olur. Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına şərait yaradır. Belə ki, insan yuxuya gedəndə maddələr mübadiləsi də yatır və yemək yeməyənə qədər oyanmır. Ona görə də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır.