Sarkoma Uşaq və yeniyetmələrdə rast gəlinən xərçəngin əlamətləri


Digərləri 17 Apr 2019 23:40:00 224 0

Sarkoma  Uşaq və yeniyetmələrdə rast gəlinən xərçəngin əlamətləri

Sarkoma daxili orqanların epitel və birləşdirici toxumalarından inkişaf edən xərçəng növüdür. 

Son.az medicina.az-a istinadən bildirir ki, əsasən də uşaqlarda rast gəlinən bu xərçəng növü digər xərçəng növlərinə nisbətən daha sürətlə inkişaf edir və aqresivliyi ilə seçilir. Letal nəticəyə səbəb olan xərçəng növləri içərisində ikinci yeri tutur. 

2 növü  var: 

• Bərk toxumalaradan inkişaf edən xərçəng (sümük) • Yumşaq toxumalardan inkişaf edən (əzələ, piy və s. )

Səbəbləri: 

Xəstəliyiyn bir sıra əmələ gəlmə səbəbləri var. Bunlara ailə anamnezindən tutmuş irsiyyətə qədər bir çox amillər daxil edilə bilər.  Ağır formaları isə əsasən cərrahi müdaxilə, orqan nəqli, ionlaşdırıcı radiasiya onkogen virusların hüceyrəyə təsiri səbəbindən meydana gəlir. 

Əlamətləri:   Əsas əlamətləri xərçəngin əmələ gəldiyi nahiyədə ağrı, palpasiya və fiziki təzyiq zamanı ağrı, şişin yaranması, orqanın formasının dəyişməsi, orqanların funksiyalarının dəyişməsi və s.